Avstraliya Xarici İşlər Nazirliyi (XİN) koronavirus pandemiyası səbəbi ilə ölkəyə qayıda bilməyən 1000-dən çox vətəndaşın şəxsi elektron poçtunu səhvən açıb.
Bunun üçün Avstraliya XİN “Twitter”də mesaj yazaraq üzr istəyib.
“Evlərinə qayıtmağa kömək etməyə çalışdığımız avstraliyalıların elektron-poçt ünvanlarını səhvən açdığımız üçün üzr istəyirik.
Hansısa başqa şəxsi məlumat açıqlanmayıb. Vətəndaşlarımızı evlərinə çatdırmaq istəyirik və bunun üçün əlimizdən gələni edirik”, - deyə məlumatda qeyd edilir.