Goranboyda qəza: 79 yaşlı kişi yaralandı

Goranboy rayonunun Goran qəsəbəsində dairəvi yolun yaxınlığında iki avtomobil toqquşub. 

APA-nın məlumatına görə, “VİTO” markalı maşın “Zil” markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində “VİTO”da olan sərnişin - Tovuz rayon sakini, 1941-ci il təvəllüdlü Abbasov Heydər Namaz oğlu xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

0.3131160736084