Rusiyada Moskva vilayətinin Stupino şəhərində piyada keçidinin çökməsi nəticəsində 51 nəfər yaralanıb. Hadisə Sidorovo kəndində, “FM logistik” şirkətinin ərazisində baş verib.
RT xəbər verir ki, yaralılardan 18-nin vəziyyəti ağırdır, onların üçü helikopterlə xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, piyada keçidi həddindən artıq yük səbəbindən çöküb.
Hadisə yerinə xilasedicilər göndərilib, insidentin səbəbləri müəyyənləşdirilir.