Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.
Bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.
İxtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.
Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.