Bakıda avtomobil yola çıxan uşağı vuraraq öldürüb

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasından Sabunçu rayonuna gedən istiqamətdə baş verib.

Belə ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən 13-14 yaşlı oğlan (adı, soyadı hələlik məlum deyil) qəfil yola çıxıb. Avtomobil onu vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

0.30126905441284