Rəşad Ramizli: Vigen Xaçatryan tərəfindən səslənməsinin özü də ermənilərin haqqa doğru bir addımıdır

Ermənistan baş naziri Nikol Paşinyanın yaxın tərəfdarlarından hesab edilən deputat Vigen Xaçatryan şok açıqlaması ilə gündəm olub.

O, Qarabağda cəmi 40 min erməninin yaşadığını bildirib və separatçılarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Rəşad Ramizli Vigen Xaçatryanın sözlərini belə şərh edib:

“Bu rəqəmlər özü də şişirdilib. Əslində orda real yaşayan 20-25 min arasındadır. ALDP sədri Fuad Əliyev müsahibələrdə dəfələrlə bildirib ki, 2021-ci ildə rus sülhməramlılarının erməniləri Xankəndiyə köçürməsi, onlara evlər, məktəblər tikilməsi, erməniləri orada yerləşdirmələsinə baxmayaraq, ermənilərin ordan qaçdığını gördük. Yəni ermənilər də Qarabağda yaşamaq istəmirlər. İndi Araik Harutyunyandan sonra bir Vardanyan ortalığa çıxıb və sərsəm fikirlər səsləndirir ki, guya Xankəndində 120 min erməni yaşayır. Yaxşıdır ki, onun bu yalanını elə öz ermənisi, Vigen Xaçatryan üzə çıxartdı. Bu artıq bəzi ermənilərin həqiqəti gördüyünü göstərir. Paşinyanın tərəfdarı tərəfindən səslənməsinin özü də ermənilərin haqqa doğru bir addımıdır”.

0.28961300849915