Xəbər-PS Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ALDP sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda dövlət başçısı İlham Əliyevin “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləməsi, partiyanın Qurultayının keçirilməsi və bəzi təşkilatı məsələlər müzakirə olunub.
İclasda ALDP sədri Fuad Əliyev “Siyasi partiyalar haqqında” Qanunun qüvvəyə minməsi ilə bağlı tapşırıqlar verib:
“Artıq Qanun qüvvəyə minib və bununla bağlı üzvlərin reyestr qeydiyyatına başlamalıyıq. Bununla bağlı İşçi qrupun yaradılması və qrupa rəhbərlik etmək üçün Rəşad Ramizlinin namizədliyini təklif edirəm”.
Daha sonra partiyanın Qurultayının keçirilməsi məsələsi müzakirə olundu. Qurultayın bu ilin sentyabrın əvvəlində keçirilməsi qərara alındı.