Nizami Verdiyev: İsrail səfirlərin görüşünün Bakıda keçirilməsi iki ölkə arasında qarşılıqlı inamın göstəricisidir

İsrail Azərbaycanın mövqeyini həmişə müdafiə edib

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev İsrailin Avrasiya ölkələrindəki səfirlərin Bakıda keçiriləcək tədbiri şərh edərək bildirib.

Nizami Verdiyev bildirib ki, səfirlərin görüşünün Bakıda keçirilməsi iki ölkə arasında qarşılıqlı inamın göstəricisidir:

"Azərbaycan-İsrail əlaqələri sürətlə inkişaf edir. Bu inkişaf hər iki ölkənin marağındadır. İsrail Azərbaycanın mövqeyini həmişə müdafiə edib. Partiya olaraq, İsraillə əməkdaşlığın dərinləşməsinin tərəfdarı olmuşuq və bütün məsələlərdə onların mövqeyini dəstəkləmişik”.

Nizami Verdiyev Azərbaycanın İsraildə səfirliyinin açmasını da münasibətlərin inkişafına təkan verəcəyini bildirdi:
“Bu məsələdə də ALDP Azərbaycanın İsraildə səfirliyinin açılmasının tərəfdarı olub və həmişə bu məsələni gündəmdə saxlayıb. Artıq səfirliyin açılması ilə bağlı qərar var və səfir də təyin olunub. Muxtar Məmmədova müvəffəqiyyətlər arzulayırıq və ümid edirəm ki, onun dövründə Azərbaycan-İsrail münasibətləri daha da yüksələcək”.

 

0.34906411170959