Partiya rəsmisi: 21 may tarixini  “Bakı günü” kimi qeyd olunmasını təklif etmişik

“ALDP olaraq, biz yaranan gündən müxtəlif sahələr üzrə təkliflərimizi Prezident Administrasiyasına və Milli Məclisə təqdim etmişik”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Rəşad Ramizli Baku News- açıqlamasında, partiya olaraq dövlət və dövlətçiliyin qorunması, siyasi, iqtisadi, sosial, mədəni sahələrdə islahatların aparılması, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərdiklərini qeyd edib:

“ALDP olaraq demək olar ki, yaranan gündən müxtəlif sahələr üzrə təkliflər paketləri Prezident Administrasiyasına, Milli Məclisə göndərilib. Proporsional seçki sisteminin bərpası, Milli Məclisin üzvlərinin sayının artırılması ilə bağlı təkliflər göndərmişik. İqtisadi, sosial problemlərin qaldırılması ilə bağlı təkliflərimiz olub. “Siyasi partiyalar” haqqında yeni qanunun qəbul olunması ilə bağlı müzakirələrdə aktiv iştrak etmişik”.

Daha sonra Rəşad Ramizli partiya olaraq Bakı şəhər merinin seçkisinin keşirilməsi məsələsinin gündəmdə daima saxladığını vurğulayıb:

“2008-ci ildə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb. Bildiyimə görə, hələ də Bakı Avropa Şurasına üzv olan ölkələrin paytaxtları sırasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilməyib. Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisini keçirilməsi məhz öhdəliyə görə yox, ən əsası Bakı sakinlər üçün vacibdir. Bununla bağlı təkliflərimizi müvafiq qanunun qəbul olunması üçün Milli Məclisə ünvanlamışıq”.

“Bakı ilə bağlı ALDP sədri Fuad Əliyevin təklifinini də qeyd etmək istərdim. ALDP sədri 21 may tarixini  “Bakı günü” kimi qeyd olunmasını təklif edib. “Bakı günü” ilə bağlı keçmişdə təşəbbüslər olub və təssüflər olsun ki, müzakirələrlə kifayətlənib. Müzakirələr zamanı bir neçə müxtəlif təkliflər irəli sürülüb. Amma dünya praktikası var. Dünya praktikasında şəhərin əsasını qoyulan tarix əsas götürülür. Misal üçün, İtalyanın paytaxtı olan Roma şəhərin e.ə. 753 il, Fransa paytaxtı Paris şəhəri e.ə. III əsr, Rusiya paytaxtı Moskva şəhərinin yaranması tarixi 1147-ci il əsas götürülüb. Belə misalları çox çəkmək olar. Fikrimcə, biz də Azərbaycanın paytaxtı Bakı və digər şəhərlərin tarixdə əsası qoyulan ilə, əsrə istinadən qeyd edə bilərik. Misal üçün, tarixçilərə istinadən, Bakının Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. 3–1 minilliklərə aid arxeoloji abidələrin tapılmasına baxmayaraq, Bakı şəhərin əsası I əsirdə qoyulmuşdur. 21 may 1843-cü ildə isə, Bakı şəhərin ilk rəsmi gerbi təsdiq olunmuşdur. ALDP sədri buna əsaslanaraq 21 mayı “Bakı günü” kimi qeyd olunmasını təklif etmişdir. Bununl bağlı BŞİH başçısı Eldar Əzizova müraciət etmişik. Bu təklifə dəstək almaq üçün, partiyalar, QHT, ziyalılarla görüşlərimiz olacaq” - Rəşad Ramizli bildirib.

1.0098421573639