Partiya lideri: Dinc aksiya ilə bağlı xaricdə bizə mütəffiq olan partiyaları da məlumatlandıraq

"Xankəndi-Şuşa yolunda keçirilən dinc aksiya yavaş-yavaş öz nəticəsini verir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. 

"Bir partiya olaraq ilk gündən bunu dəstəkləmişik. Mən sadəcə orada iştirak etməyi düşünmürəm və özümü görmürəm. Çünki siyasi məsələ deyil ki, mən aksiyada iştirak edim. Bizim mediaya verdiyimiz müsahibələri, fikirləri elə dəstək kimi qiymətləndirmək olar. Amma, özümü orada görmürəm. Bizim dəstəyimiz bu formadadır. Siyasi məsələ olsaydı, biz sözsüz ki, orada birinci cərgədə durub öz etirazımızı bildirərdik. 

Amma yenə də qeyd edirəm ki, qeyri-hökumət təşkilatlarının, ekofəalların iştirakına və etirazlarına qoşuluruq. Bu aksiyanı dəstəkləyirik və çalışırıq ki, keçirilən bu dinc aksiya ilə bağlı xaricdə bizə mütəffiq olan siyasi təşkilatları, partiyaları da məlumatlandıraq. Biz demək olar ki, həftədə iki dəfə əlaqə saxlayıb və keçirilən aksiya ilə bağlı məlumatları göndəririk".

2.6259229183197