Nizami Verdiyev: Qərbi azərbaycanlılar dəfələrlə təqiblərə məruz qalaraq qovulublar

“Ermənilər Qərbi Azərbaycanda bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Buna baxmayaraq istədiklərinə nail ola bilməyiblər”

Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev açıqlamasında bildirib.

Onun sözlərinə görə ermənilər tarixi binaları, abidələri yerlə-yeksan edə bilərlər, amma tarixdən silə bilməzlər:

Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Bütün dünya yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Fransa, İngiltərə, Rusiya və digər ölkələrin arxivlərində bunu sübut edən xəritələr, sənədlər var. Bunu bilirlər və susurlar”.

Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların qayıdışına ümid edən Nizami Verdiyev bildirib ki:

Qərbi azərbaycanlılar dəfələrlə təqiblərə məruz qalaraq qovulublar. Hesab edirəm ki, onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Cəmiyyət olaraq bu məsələni gündəmdə saxlamalıyıq. Bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

“”Böyük Qayıdış” proqramı çərçivəsində təkçə işğaldan azad edilmiş ərazilərə yox, həm də Qərbi Azərbaycana olmalıdır”-Nizami Verdiyev qeyd etdi.

0.10349607467651