Fuad Əliyev: Səfirliklər yenə də “qış yuxusu"na gediblər

“Bu aksiyanı siyasi partiyalar təşkil etməyib ki, səfirlər sussunlar”

Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib.

Onun sözlərinə görə xaricdə fəaliyyət göstərən səfirliklər yenə də “qış yuxusu"na gediblər:

“Bir həftədir ki, Xankəndi-Laçın yolunda  dinc etiraz aksiyası keçirilir. Niyə bu aksiya ilə bağlı səfirlər fəaliyyət göstərdikləri ölkələrdə tədbirlər keçirmirlər, dinc aksiyanın mahiyətini ictimayyətə çatdırmırlar? Bu aksiyanı siyasi partiyalar təşkil etməyib ki, səfirlər sussunlar”.

 “Azərbaycan XİN bəyanatı olub və olmalı idi. Amma baxın, Azərbaycanın Fransada yeni təyin olunan səfir hörmətli Leyla xanım Abdullayeva “Le Monde” qazetinə etiraz bildirir, Fransa cəmiyyətinə dinc aksiyanın mahiyyətini çatdırır. Fransada, erməniyə dəstək verən ölkədə!  Azərbaycanın 75 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Hörmətli Leyla xanım Abdullayevanı çıxmaq şərtilə, qalan səfirlər nə işlə məşğuldulr?”-ALDP sədri bildirib.

Fuad Əliyevin sözlərinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin susmaqla kifayətlənir:

“Bu Komitənin də işi çox zəifdir. Bunlar bir ölkədə belə dəstək aksiya təşkil etməyiblər. Nə özlərin səsi çıxır, nədə ki xarici ölkələrdə diaspor təşkilatlarının! Kimin göstərişini gözləyirsiz, hörmətli Fuad Muradov? Prezident sizi bu vəzifəyə təyin edib ki, siz işi aparasız. Dövlət əhəmiyyətli məsələlərdə nə göstəriş? Siyasi məsələ olmasa da, bir partiya olaraq, dəstəyimizi veririk. Xaricdə əməkdaşlıq etdiyimiz partiyalara dinc aksiya ilə bağlı məlumatlar göndəririk. Bu informasiya müharibəsində hamılıqla aktiv olmalıyıq. Göstərişsiz!”.

0.11580610275269