“Türkmənbaşı şəhərində keçirilən üçlü zirvədə imzalanan sənədlər Azərbaycan üçün çox önəmlidir”.
Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Rəşad Ramizli dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevi, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun görüşün şərhində bildirib.
O, qeyd edib ki, Azərbaycan bu layihədən böyük gəlirlər əldə edəcək:
“Enerji təhlükəsizliyi dünyada bir nömrəli məsələyə çevrilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Azərbaycan öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələrdə iştrak edir. Artıq Azərbaycan önəmli tranzit ölkəyə çevrilib”.
“Prezident İlham Əliyev öz çıxışında qeyd etdiyi kimi, Vətən müharibəsindən sonra Azərbaycanın imkanları daha da genişləndi. Həqiqətən də, Qələbə nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad edildi. Bu Qələbədən sonra regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün böyük imkanlar yaratdı. Ona görə hesab edirəm ki, Türkmənbaşı şəhərində keçirilən zirvə toplantısında imzalanan sənədlər Azərbaycan üçün çox önəmlidir” - Rəşad Ramizli qeyd etdi.