ALDP Rusiya sülhməramlıların mandatdan kənar fəaliyyətilə bağlı Bəyanat qəbul edib

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Rusiya sülhməramlıların mandatdan kənar fəaliyyətilə bağlı Bəyanat qəbul edib. Bəyanatda deyilir:

10 noyabr 2020-ci ildə imzalanan məlum Bəyannamədə sülhməramlıların torpaqlarımızda qalan erməni tör-töküntilərin, separatçıların çıxarılması qeyd olunmasına baxmayaraq, sülhməramlılar nəinki onları çıxardılar, əksinə, onların Laçın dəhlizindən Ermənistana gedib-gəlmələrinə şərait yaradır. Son günlər isə İrandan, guya tikintidə işləmək üçün gələn iki qrup İran vətəndaşlarını Azərbaycanın rəsmi icazəsi olmadan, sülhməramlı qüvvələrin müvqqəti yerləşən ərazilərə buraxıblar. Son olaraq Azərbaycan jurnalistlərin Xocalıya buraxılmaması oldu.

ALDP Rusiya sülhməramlı qüvvələrin mandatdan kənar fəaliyyətini qətiyyətlə pisləyir və onların nəzərlərinə bir də çatdırır ki, onlar bizim razılığımızla və müvəqqəti olaraq  ərazilərimizdə yerləşiblər.

ALDP olaraq hesab edirik ki, hökumət nümayəndələri Azərbaycan suverinliyini təhdid edən hər bir məqama qarşı çıxmalıdır. Biz də öz növbəmizdə dövləti məsələlərdə hökuməti dəstəkləyəcəyik və istər Rusiya sülhməramlıların özbaşına hərəkətlərinə, istərsə də Azərbaycanda vəziyyəti yenidən gərginləşdirməyə çalışan Qərb qüvvələrinə qarşı çıxacağıq.

ALDP hesab edir ki, rəsmi Bakı Rusiya sülhməramlı qüvvələr 10 noyabr 2020-ci ildə imzalanan Bəyannaməni pozduğuna görə, onların vaxtından əvvəl Azərbaycandan çıxarılması məsələsini qaldırmalıdır.

ALDP hesab edir ki, Azərbaycan torpaqlarının kiçik bir hissəsində qalan erməni separatçılarını Azərbaycan ordusu təmizləyəcək.

Qarabağ Azərbaycandır!

0.08448600769043