“Əvvəllər Naxçıvandakı durumla bağlı danışmaqdan çəkinənlər son günlər tənqidi fikirlər səsləndirməyə başlayıblar”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a açıqlamasında bildirib.
O qeyd edib ki, Naxçıvandakı son vəziyyət ictimaiyyətin diqqət mərkəzindədir:
“Məmur həbslərinə cəmiyyət tərəfindən həmişə maraq yaranıb. Azərbaycanın istənilən bölqədə, o cümlədə, Naxçıvanda da korrupsiya, məmur özbaşınalığı, rüşvət faktları ilə bağlı məlumatlar olub. Geci, tezi məmurların bəzilərini işdən çıxarıblar, bəzilərini isə həbs ediblər. Azərbaycanda illərdir korrupsiya ilə mübarizə aparılır. Son 4-5 ildir ki, daha da dərinləşib. Bu işdə Naxçıvan kənarda qala bilməzdi”.
Nizami Verdiyev hesab edir ki, bu məsələni siyasiləşdirmək lazım deyil:
“Korrupsiyaya görə həbs olunanalrı, kimlərsə çalışır siyasiləşdirsin. Klanlararası mübarizə kimi təqdim edirlər. Açığı deyək, Naxçıvanda hansı klanlardan söhbət gedə bilər?!”
ALDP rəsmisi Naxçıvanda problemləri görən və susanları da tənqid etdi:
“Əvvəllər Naxçıvandakı durumla bağlı danışmaqdan çəkinənlər son günlər tənqidi fikirlər səsləndirməyə başlayıblar. Bəzi millət vəkilləri keçmişdə, hətta bu ilin əvvəlində belə Vasif Talıbovu tərifləyirdilər, indi isə onu “korrupsionerlərin başçısı” adlandırırlar. Siz bundan qabaq görmürdüz, bilmirdiz? Niyə danışmırdız?”.