Uşaqların sevimli səhər yeməyinə şirkətin “halal deyil” cavabı hamını çaş-baş qoydu - FOTO

Dünyanın tanınmış şokolad firmalarından olan “Nutella” sosial şəbəkə istifadəçisinin “məhsullarınız halaldırmı” sualına, - “xeyir halal deyil” cavabını verib. Bu cavab sosial mediada böyük müzakirə mövzusuna çevrilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb. 

Bundan sonra şirkət yenidən açıqlama vermək məcburiyyətində qalıb. Şirkət atdıqları “tweet”in səhv olduğunu deyərək üzr istəyib.

“Dünyada satılan  bütün “Nutella” halal istehlaka uyğundur. “Nutella” istehsal edən sənaye müəssisələrinin 90 faizi “Halal” sertifikata sahibdir, qalan fabriklər sertifikatlaşdırma mərhələsindədir. Əvvəlki “Tweet”də etdiyimiz səhv üçün üzr istəyirik”, - deyə şirkətdən bildirilib.

0.88110208511353