Nizami Verdiyev: 2002 ildən başlayaraq bəyan edirik ki, prorporsional seçki sistemi bərpa olunmalıdır

Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün ayrılacaq vəsait açıqlanıb.

Baku News xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Gələn il seçkilər üçün 30 milyon manatdan çox vəsait ayrılacaq.

Bir çox siyasi partiyalar bu il payızda referendumun baş tutmasını gözləyirdi. Artıq payızda referendumun keçirilməyəcəyi bəlli oldu. Referendumun keçirilməsi ilə bağlı rəsmi elan ən azı 60 gün əvvəldən edilməlidir və bu da onu deməyə əsas verir ki, hətta il sonuna qədər də referendumun baş tutması qeyri-mümkündür.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev açıqlamasında qeyd edib ki, referendum keçirilməsi təklifi ilə çıxış edənlər içərisində ALDP də var:

“2002 ildən başlayaraq bəyan edirik ki, prorporsional seçki sisteminin ləğvi partiyalaşmaya ciddi zərbə vurulub. Bu həm də siyasi institutların gerilməsidir”.

Nizami Verdiyev hesab edir ki, referendumda  proporsional seçki ilə yanaşı, digər vacib məsələlər çıxarıla bilər:

“Proporsional seçki sisteminə keçid, parlamentdə deputat sayının artırılması, bələdiyyələrin səlahiyyətlərinin artırılması, mer seçkiləri kimi məsələlər də gündəmdədir ki, bu da referendumla mümkün ola bilər”.

“Gələn ilin əvvəlində isə texniki olaraq referendumun baş tutması mümkündür və bu gözləntilər qalıb. Və yəqin, 2023-cü ildə ölkədə referendum keçiriləcək”-Nizami Verdiyev qeyd etdi.

0.11126589775085