Avropa İnsan Haqları Məhkəməsinin ötən il qəbul etdiyi qərarlara əsasən, Azərbaycan ümumilikdə 2 milyon avro məbləğində təzminat ödəməlidir. 1949-cu ildə yaradılmış Avropa Şurasına Azərbaycan 2001-ci ildə üzv olub və 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyası altındadır. Minval.az saytı Azərbaycan üzrə göstəricilərin təhlili haqda yazır ki, bu qərarlar əksər hallarda subyektiv xarakter daşıyır.
Soros şəbəkəsinin AİHM-ə demarşı 2012-ci ildən sonra başlayıb, çünki həmin ildən tətbiq edilən yeni prosedurlar xüsusi olaraq AİHM-də hakimlərin seçilməsi prosesində QHT-lərin iştirakını nəzərdə tuturdu.
AİHM-lə bağlı vəziyyət Soros şəbəkəsinin bütöv bir qurumu necə ələ keçirməsinin nümunəsidir və bu üsul təkcə Avropa Məhkəməsində deyil, bu şəbəkənin fəaliyyət göstərdiyi bütün qurumlarda tətbiq olunur...
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sərt danışdı:
"Sorosun uşaqları" təkcə Avropa Məhkəməsini ələ keçirməyiblər. Onlar böyük dövlətlərdən tutmuş kiçik dövlətlərin hakimiyyətlərində də təmsil olunurlar. Soros Fondunun nümayəndələri başqa dövlətlərdə inqilablar edirlər, hakimiyyəti dəyişirlər. Bu alınmayanda hakimiyyətlərə təzyiqlər edirlər. Soros Fondun nümayəndələri “5 kolon” hesab olunurlar. Bu fəaliyyətə görə Soros Fondunun fəaliyyəti bir neçə ölkədə, o cümlədən Azərbaycanda da qadağan olunub. Baxmayaraq ki, Azərbaycanda fəaliyyəti qadağan olunub, onun yaratdığı şəbəkə hələ də fəaliyyətini davam edir. Yeri gəlmişkən, Soros Fondunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti dövründə böyük yeyintilər olub. Ayrılan qrantların böyük bir hissəsi psevdomüxalifətin “cibinə” gedirdi. Bu onu bir daha göstərir ki, bu müxalifətə ancaq öz şəxsi maraqları daha vacibdir".