Fransa prezidentin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi regiona səfər edəcək. Az öncə Rusiya və ABŞ emissarları da ayrı-ayrılıqda Bakıya səfərlər etmişdilər. Amma nəticə yoxdur, Ermənistanı sülh danışıqlarına məcbur etmək mümkün olmur. Əqər bu mümkün olmursa, onda fransalı emissarın səfəri nəyi dəyişəcək?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a açıqlamasında bunu bildirib:
“Fransa Xarici İşlər Nazirliyin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi sənəddə “Minsk Qrupu” ifadəsini işlətməyib. Ermənilər nəqədər desələr ki, onun bu səfəri “Minsk Qrupun” fəaliyyəti ilə bağlıdır, bu yenədə ermənilərin yalanın üzə çıxmasını göstərir. Çünki Rokfey həmsədr deyil. Rəsmi İrəvanın bu cür yalanları “Minsk Qrupun”un hələ də yaşadığı görüntüsünü saxlamağa hesablanıb. Sözsüz ki, bunlar əbəs cəhdlərdir”.
“Bu 30 ildə Fransa ATƏT-ın Minsk Qrupun üzvü kimi nəyə nail oldu ki? Bu 30 il ərzində torpaqlarımız işğal altında qaldı, Fransa niyə səsini çıxartmadı? Neytrallığı qorumaq əvəzinə, əksinə Fransanın ermənipərəst mövqeyi üzə çıxdı. 30 ildir ki, xalqımızın başı altına yastıq qoyurdular. İndi isə vəziyyət deyişib. Fransa prezidentin elçisinin səfəri heçnə deyişmiyəcək. Çünki Azərbaycan öz gücünü göstərib və bununla da ermənilərin havadarları Azərbaycanla hesablaşmağa məcbur etdi”-Nizami Verdiyev bildirdi.