Şəkidə motosiklet qoyun sürüsünə girdi, iki nəfər yaralandı

Şəkidə motosiklet qəzası baş verib. 

"Qafqazinfo"nun məlumatına görə, Şəkinin Qayabaşı kəndi ərazisində rayonun Sarıca kənd sakini 1975-ci il təvəllüdlü İsayev Bazarbəy Rza oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən yolda qoyun sürüsünə girib.

Hadisə nəticəsində sürücü B.İsayev və motosikletdə olan həmkəndlisi 1985-ci il təvəllüdlü Abdullayev Səxavət Mürvət oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

0.3984899520874