Partiya sədri: Milli Məclisdə keçiriləcək müzakirələrə qatılacağıq

Milli Məclis “Siyasi Partiyalar haqqında” Qanunu müzakirəyə çıxarıb. Artıq Qanun layihəsi dərc olunur – olunmaz siyasi partiyalardan qanunla bağlı birmənalı olmayan çıxışlar müşahidə olunur.  Yeni Qanun layihəsi hansı müddəları ilə diqqət çəkir və nə dərəcədə effektivdir?

Azərbayacanda fəaliyyət gösətərən bəzi siyasi partiya rəhbərləri hafta.az-a qanunun müzakirəsi ilə bağlı qəbul etmədikləri məqamlarla yanaşı, ümumi olaraq qanunun zəruriliyini qeyd etdilər.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, partiya olaraq qanun layihəsi ilə bğlı Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıblar:

“Məktubunda yeni qanun layihəsində hansı müddəların olmasının faydalı olduğunu bildirmişik. Təkliflərimizdə seçkidə iştirak etməyən partiyaların qeydiyyat işinə baxılması, qeydiyyatla bağlı 10 min imzanın toplanması və başqa məsələlər öz əksini tapıb. Həmçinin partiyaların maliyyələşməsinə də müəyyən dərəcədə yardım olmalıdır. Düşünürəm ki, siyasi partiyaların qeydiyyat məsələsi bir qədər çətinləşdirilməlidir. Amma elə maddələr var ki, razılaşmaq olmur. Misal üçün, iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi məsələsi, təmsilçilərinin sayının 200 nəfər olması. Bununla bağlı 28 sentyabrda  Milli Məclisdə keçiriləcək müzakirələrdə öz iradlarımızı bildirəcəyik”.

0.11226987838745