Son sutka ərzində Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 158-ə yüksəlib.
Bu barədə “StopCov” məlumat yayıb.
Sözügedən yoluxma sayı Gürcüstan üçün antirekord olub. Ölkədə yoluxma hallarının ümumi sayı 2075-ə çatıb. Son sutkada koronavirusdan 9 nəfər sağalıb. Bununla da sağalanların sayı 1363-ə çatıb.