ABŞ-da oynayan azərbaycanlı futbolçudan iki qol və bir məhsuldar ötürmə - VİDEO

Azərbaycanlı futbolçu Rüfət Dadaşov okeanın o tayında daha iki qola imza atıb.

ABŞ-ın “Finiks Rayzinq” klubunun rəsmi saytı xəbər verir ki, bu komanda səfərdə “Las Veqas Layts”ı 5:1 hesabı ilə darmadağın edib.

1000 azarkeşin buraxıldığı oyunda qollardan ilk üçündə Rüfət Dadaşov yaxından iştirak edib. Belə ki, o, 27 və 44-cü dəqiqələrdə qol vurub. Bununla da Rüfət çıxdığı 12 oyunda 10 qol vurmuş olub. O, ardıcıl dörd oyuna beş qol vura bilib.

Rüfət Dadaşov, həmçinin 55-ci dəqiqədə yamaykalı hücumçu Cunior Fleminqsə məhsuldar ötürmə verib. 28 yaşlı hücumçu 86-cı dəqiqədə Laqos Kunqa ilə əvəzlənib.

Qeyd edək ki, “Finiks Rayzinq” ümumi turnir cədvəlində 26 xalla III sıradadır.

Səbuhi Musayev

0.30557894706726