Partiya lideri: Ermənistan ərazisində bizim ulu babalarımız yaşayıb, xalqımızın tarixi torpaqlarımızdır

YUNESKO-nun Baş direktoru Odri Azuleyə Ermənistanın paytaxtı İrəvanın Təpəbaşı məhəlləsində Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinin qarşısını almaqla bağlı çağırış edib. Müvafiq petisiya change.org saytında yerləşdirilib.

“İrəvan şəhərinin Təpəbaşı adlanan hissəsi günümüzə qədər gəlib çatmış tarixi İrəvan şəhərinin yeganə nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.

Ermənistanda azərbaycanlıların yaratdığı maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti və o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir", - petisiyada bildirilir.

Petisiyanın mətnində İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllədə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasına və onların xüsusi qorunma altına alınmasına kömək etmək xahişi yer alır: “Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq”.

Təpəbaşı ilə əlaqədar petisiyaya (  https://www.change.org/p/unesco-do-not-remain-silent-to-another-act-of-vandalism?utm_source=share_petition&utm_medium=custom_url&recruited_by_id=976d0910-aeb8-0130-f329-002219670981 ) necə qoşulmaq olar?

Qayda belədir: Əgər petisiyanı imzalamısınızsa, o zaman göstərdiyiniz mailinizə change.org sistemindən təsdiq maili gəlməlidir. Onu təsdiq edəndən sonra petisiyanı imzalayanlar siyahısına düşürsünüz. Əks təqdirdə, Sizin imzanızı sistem qəbul etmir. İmzalamaq pullu deyil, sadəcə imzalanandan sonra sizə təqdim edilir ki, əgər bu petisiyanı reklam etdirmək istəyirsənsə, ödəniş edin. Siz həmin sözdən aşağıda yazılan “Xeyr, petisiyanı paylaşıram” düyməsini sıxın". (https://www.change.org/SaveTapabashi)

 

Siyasi partiyalar, fəallar təbliğata qoşulubmu?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirdi ki, YUNESKO-nun Baş direktoru Odri Azuleyanın bu çağırışı təqdirəlayiqdir: “Gec də olsa beynəlxalq təşkilatların bəzisi işğalçı Ermənistan tərəfindən  Azərbaycan xalqının mədəni irsinin məhv edilməsini gördülər. 30 il ərzində dünya ictimaiyyəti  işğal altında olan Azərbaycan torpaqlarında xalqımıza məxsus  tarixi, mədəni abidələrin dağıdılmasının şahidi oldu. Amma bu vaxtadək susdular. Bütün dünyaya bu faktları çatdırırdıq. Niyə bu 30 il ərzində bizim səsimizi eşitmirdilər? Bu 30 il ərzində təkcə bizə yox, dünyanın mədəni irs xəzinəsinə məxsus olan yüzlərlə tarixi, mədəni abidələrin dağılmasının qarşısını almadılar, susdular. İndi yəqin ki ”günahları yumaq" üçün bu çağırış edirlər, səhvlərini başa düşüblər. Əlbəttə ki, bu petisiyaya qoşulmaq lazımdır. Təkcə partiyalar, fəallar yox, xalqımız bütövlükdə bu petisiyanı imzalamalıdır. Ermənistan ərazisində bizim ulu babalarımız yaşayıb, xalqımızın tarixi torpaqlarımızdır. Və bu torpaqlarda olan bütün tarixi  mədəni abidələr qorunmalıdır. Biz buna nail olmalıyıq. Bu, təkcə bizim yox, dünya ictimaiyyətinin borcudur. Tarixi abidələri qorumaq beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməlidir".

/Yeni Müsavat/

0.10666489601135