“Səbail” klubu futbolçusu Hendrik Eksteyni cəzalandırıb.
Bu barədə Bakı təmsilçisinin “Facebook” səhifəsində məlumat yayıb.
Bildirilir ki, Cənubi afrikalı yarımmüdafiəçi əsas komandadan uzaqlaşdırılıb. Buna səbəb 29 yaşlı oyunçunun nizam-intizam qaydalarını pozmasıdır.
“Səbail”in məşqçilər korpusu Hendrik Eksteyni əsas komandanın məşqlərindən kənarlaşdırıb.