“Neftçi” – “Qalatasaray” oyununun stadionu dəyişdirildi

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Qalatasaray” oyununun yeri dəyişdirilib.

“Neftçi”nin rəsmi saytının xəbərinə görə, oyun “Bakcell Arena”da keçirilməli idi.

Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

0.35311102867126