ALDP sədri: Mən bunu gözləyirəm

Azərbaycan üçüncü Qarabağ savaşına başlayacağına dair iddialar getdikcə artmaqdadır. Belə fikirlərin yayılmasının müxtəlif obyektiv və subyektiv səbəbləri var.

Belə ki, Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları, eləcə də Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Eyni zamanda Azərbaycan ərazisi olan Xankəndindəki separatçılar qanunlarımıza tabe olmaq istəmirlər, revanşist iddialara düşənlər də var. Bütün bunları düşünərək III Qarabağ savaşının baş verəcəyini proqnozlaşdıranlar kifayət qədər çoxdur.

Bu savaş baş verərsə, sonuc necə ola bilər?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a bunu deyib: 

Ümumiyyətlə mən ”3-cü Qarabağ müharibəsi" terminologiyasını qəbul etmirəm. Qarabağın işğalı, Qarabağ problemi Vətən müharibəsi ilə bitib. Artıq bu tarixdir. Azərbaycan-Ermənistan müharibəsinin başlanmasına inanmıram. Bu baş versə, Ermənistan torpaqlarının bir hissəsinin itirilməsi ilə nəticələnəcək. Amma Azərbaycan ərazimizdə qalan bu separatçı tör-töküntüləri təmizləmək üçün antiterror əməliyyatlarına başlaya bilər. Bunu mən gözləyirəm".

 

0.12091112136841