Navalnı danışmağa və zəhərlənmədən əvvəl baş verənləri xatırlamağa başlayıb

Almaniyada müalicə aldığı klinikada süni komadan çıxarılan rusiyalı siyasətçi Aleksey Navalnı tam olaraq özünə gəlib və hətta zəhərlənməsindən əvvəl baş verən hadisələri xatırlamağa başlayıb.

Bu barədə “The Insider” nəşri məlumat yayıb.

A.Navalnının artıq danışmağa başladığı da qeyd olunur.

Həkimlərin rəyinə görə, A.Navalnı psixi olaraq tam bərpa olunub, fiziki cəhətdən isə yalnız 90 faiz bərpa oluna biləcək.  

Mütəxəssislər bildirir ki, A.Navalnını təyyarənin Omska təcili eniş etməsi və hələ aeroportda olarkən atropin dərmanı qəbul etməsi nəticəsində xilas etmək mümkün olub.

0.91699600219727