Azərbaycanda işləyən komitə sədri moldovalı hakimlərin işinə qiymət verəcək

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.

AFFA-nın saytı xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Almatı şəhərindəki mərkəzi stadionda keçiriləcək “Astana” (Qazaxıstan) – “Budoçnost” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

O, Moldovadan olan referi Dmitri Muntyanın başçılıq etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.

0.28176712989807