İki azyaşlı bağlı qapı arxasında köməksiz qaldı

Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla dörd nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

0.35140991210938