İsveç-Britaniya şirkəti “AstraZeneca” öz təşəbbüsü ilə koronavirusa qarşı ən perspektivli dərmanlardan “biri olan AZD1222 Oxford” peyvəndinin klinik sınaqlarının sonuncu, 3-cü mərhələsini dayandırıb.
STAT tibbi jurnalının əməkdaşı bu barədə “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, Britaniyada könüllülərdən birində ciddi əks-təsir özünü biruzə verib.
"Bu, potensial səbəbi açıqlanmayan xəstəlik aşkar edərkən tətbiq edilən sadə prosedurdur” - deyə şirkətdən bildirilib.
“AstraZeneca” əks-təsirin xarakterini hələ müəyyənləşdirməyib. Peyvəndləmədə fasilənin nə qədər davam edəcəyi məlum deyil.
Peyvəndin klinik mərhələsində müxtəlif ölkələrdən 20 min insan iştirak edib. 30 min nəfərin isə ABŞ-dan qoşulacağı qeyd edilir.