Gəncədə 17 yaşlı gənci maşın vurdu

 

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü İbrahimov Ramil Kəramət oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

0.42183613777161