Partiya lideri uşaqları təbrik etdi: Bizim gələcəyimizin parlayan günəşimizsİz!

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı uşaqları təbrik edib. Təbrikdə deyilir:

Mənim balaca dostum!

İyunun 1- i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi  tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir.

Bu gözəl gün münasibətilə Səni ürəkdən təbrik edirəm!

Sən bir şey bilməlisən ki, bizim gələcəyimizin parlayan günəşimizsən!

İnşallah böyüyüb böyük insan olasan, valideyinlərin və Vətənin Səninlə fəxr etsin!

Bir daha təbrik edirəm Səni!

Daimə gözlərin xoşbəxtlikdən və sevincdən parlasın və şəfəq saçsın ətrafa!

Allah bütün arzularını çin etsin!

0.12654995918274