Müxalifətin 2022-ci il hədəfləri nədir? Fəaliyyətində hansı yeniliklər edəcək? Mitinq etmək, piket keçirmək kimi planları varmı? 2022-ci ildə referendumun və ardınca da Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilərin keçiriləcəyinə inanırlarmı?
Azərbaycan Liberal Demokrt Partiyasının (ALDP) sədri Fuad Əliyev seçkilərdən danışdı:
“Yeni ildə partiyanın fəaliyyətində yeniliklər olacaq. Qarabağ problemi, işğalda olan torpaqlarımız azad olduğuna görə biz daha çox təşkilati məsələlərə üstünlük verəcəyik. Partiyanın yerli təşkilatlarının fəaliyyətlərini gücləndirəcəyik. 2022-ci ildə partiyanın növbəti qurultayının keçirilməsi nəzərdə tutulub. Bununla bağlı yanvar ayından başlayaraq hazırlıq işlərinə start veriləcək. O ki qaldı boş qalan deputat yerlərinə təkrar seçkilərində iştrak edib-etməməyimizə, onu elan edən zaman qərar verəcəyik. Əslində biz seçkilərdə iştirakın tərəfdarıyiq. Elan olunsun, biz də onu dəyərləndirəcəyik”.
/Yeni Müsavat/