Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 17 noyabr Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik etdi. Təbrikdə deyilir:
Əziz həmvətənlərim!
17 noyabır 1988-ci ildə meydana toplaşan yüz minlərlə insan həqiqi mənada qəhramanlıq nümayiş etdirdilər. Çünki həmin dövrdə Sovet imperiyasının hələ də güclü olduğu bir vaxtda küçələrə çıxıb öz etirazını bildirmək hər bir xalqın hünəri deyildi. Baxmayaraq ki, sonra Sovet imperiyası var gücü ilə meydana toplaşanları dağıtdı, amma xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi.
17 noyabır 1988-ci ildə başlayan mitinqlər, bizlərə Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Bayramınız mübarək olsun!