ALDP: Sülhməramlı qüvvələr Bəyannaməni pozduğuna görə, Azərbaycandan çıxarılması məsələsi qaldırılmalıdır

Azərbaycan Liberal Demokrat Partiyasının

Rusiya sülhməramlıların mandatdan kənar fəaliyyətilə bağlı

Bəyanatı

ALDP Rusiya sülhməramlı qüvvələrin mandatdan kənar fəaliyyətini qətiyyətlə pisləyir.  10 noyabr 2020-ci ildə imzalanan məlum  Bəyannamədə sülhməramlıların torpaqlarımızda qalan erməni tör, töküntilərin, separatçıların çıxarılması qeyd olunub. Bunun əksinə, sülhməramlılar nəinki onları çıxardıblar, əksinə, onların Laçın dəhlizindən Ermənistana gedib, gəlmələrinə şərait yaradırlar. Azərbaycanın razılığı olmadan Ermənistan rəsmilərin sülhməramlıların müvvəqəti yerləşən ərazilərə gəlməsini təmin edirlər. Son olaraq mandatdan kənar Xocalıda pravoslav kilsəsini inşa edilməsi oldu. Bununla bağlı Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlı qüvvələrin Xocalıda inşa edən pravoslav kilsəsi ilə bağlı  Azərbaycan hakimiyyətinin xalqa məlumat verməməsi narahat hissləri doğurur.

ALDP din azadlığına və başqa dinlərə aid olan kilsələrin tikilməsinə hörmətlə yanaşır. Azərbaycanda kifayət qədər pravoslav kilsələr mövcuddur. Bir də məgər Xocalı rus millətinin kompakt yaşayış yeridir ki, orada kilsə inşa edilir?

 Amma məlum sülhməramlıların məlum bəyannamədən kənar fəaliyyəti təəssüf doğurur

ALDP hesab edir ki, Rusiya sülhməramlı qüvvələr 10 noyabr 2020-ci ildə imzalanan Bəyannaməni pozduğuna görə, onların Azərbaycandan çıxarılması məsələsi qaldırılmalıdır.

ALDP hesab edir ki, Azərbaycan torpaqlarının kiçik bir hissəsində qalan erməni separatçılarının tör, töküntilərini Azərbaycan ordusu təmizliyəcək.

Qarabağ Azərbaycandır!

0.073662996292114