“Ola bilər ki, bu il Ermənistanla sülh müqaviləsi imzalayaq”.
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-un suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Sşsülh müqaviləsi bu ilin əvvəlində imzalanmalı idi:
“Sülh müqaviləsi may-iyun aylarında imzalanmalı idi. Ermənistanda olan revanşist qüvvələr Paşinyana təzyiq edərək imzalanmanı uzada biliblər. Amma Putinin Valday diskusiya klubunun iclasında Rusiyanı Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində əsas vasitəçi olduğunu bildirəndən sonra, aydın olur ki, Sülh müqaviləsinin imzalanması günü çox uzaqda deyil”.
Nizami Verdiyev kommunikasiyaların açılmasını da sülh müqaviləsinin tərkib hissəsi olduğunu qeyd edir:
“Sülh müqaviləsinin imzalanması ərazi bütövlüyünün tanınması deməkdir. Paşinyan da bu yaxınlarda Sülh müqaviləsini imzalanmasına hazır olduğunu bildirmişdi. Bu baş verəndən sonra artıq Laçın dəhlizi bizim nəzarətimizin altına keçəcək. Və qısa bir müddətdə Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi ərazilərdən çıxacaqlar”.
Nizami Verdiyevin sözlərinə görə sülhməramlılarla bağlı Putin Valday diskussiya klubunun iclasında - “Söhbət Qarabağda rusiyalı sülhməramlıların müddətinin uzadılmasından getmir...” fikirlər səsləndirib.
“Bütün bunlar, deməyə əsas verir ki, biz bu il Sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”- Nizami Verdiyev bildirdi.