Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib. S.Sadıqovu bıçaqlamaqda K.Musayev şübhəli bilinir.
Qeyd edək ki, o da gəncdir.
Faktla bağlı araşdırmalara başlanılıb.