Samuxda bıçaqlanma olub

Samux rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Alıxanov İsgəndər qonşusu ilə mübahisə zəminində bıçaqlanıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.3807520866394