“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Mask Rusiya Prezidenti Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində söhbət etməyə çağırıb.
Biznesmen şəxsi “Twitter” səhifəsində yazdığı tvitdə Kremlin rəsmi hesabını işarələyib:
“Clubhouse”da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”
Daha sonra mesajına rus dilində davamdən Mask “Sizinlə danışmaq böyük şərəf olardı”, - yazıb.
.@KremlinRussia_E would you like join me for a conversation on Clubhouse?
— Elon Musk (@elonmusk) February 13, 2021