Çində əhalinin artım tempi azalıb

2020-ci ildə Çində doğum nisbəti 2019 illə müqayisədə 30% azalıb.

Mk.ru bu barədə ölkənin İctimai Təhlükəsizlik Nazirliyinin məlumatlarına istinadla xəbər yayıb.

Keçən il Çində 5,29 milyon qız və 4,74 milyon oğlan dünyaya gəlib.

Eyni zamanda, 1979-cu ildən 2016-cı ilə qədər Çin rəhbərliyi “Bir ailə - bir uşaq” siyasətini həyata keçirib. Nəticədə əmək qabiliyyətli əhalinin sayı azalıb.

0.33207106590271