ABŞ-ın keçmiş prezidenti Trampın oğlu kiçik Donald Tramp “Telegram”da izləyicilərinin sayı milyonu keçən ilk amerika siyasətçisi olub.
Hazırda onun 1.2 milyon abunəçisi var.
Sözügedən “Telegram” kanalı 2019-cu ilin iyun ayında açılsa da, kiçik Tramp onun barəsində yalnız bu ilin yanvar ayının 23-də məlumat verib. O zaman kanalın 783 min izləyicisi var idi. Cəmi iki həftə sonra onların sayı milyonu ötüb.
Qeyd edək ki, kiçik Donald Trampın “Twitter” səhifəsinin 6.7 milyon izləyicisi var.