Zahid Orucdan şəhidlərlə bağlı TƏKLİF

Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc şəhid ailələrinin və hərbçilərin problemlərindən danışıb.

Xeber-ps.com-ın müxbiri xəbər verir ki, deputat Qaradağ rayonunda dəfn edilən şəhidlərin məzarlarının onların ailələrinin istəyi ilə dəyişdirildiyini qeyd edib. 

O, çətin yerlərdə xidmət edən hərbçilərimizə də ikiqat ödəmələrin verilməsinin davamlı olacağına ümid etdiyini bildirib.

Zahir Oruc qeyd edib ki, şəhidlərlə, qazilərlə bağlı məsələlərin dərs kitablarına salınması üçün prezidentin tapşırığını gözləməyə ehtiyac yoxdur.

“Bundan başqa, şəhidlərimizlə bağlı filmlər çəkilməli, kitablar yazılmalıdır. Bunun üçün də prezidentin göstərişi lazımdır? Əgər elədirsə, bununla bağlı da komissiya yaradaq”, - deyə Z.Oruc əlavə edib. 

Aqşin Kərimov

0.32034921646118