Bakıda 10 yaşlı uşağı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Yolu keçən 2011-ci il təvəllüdlü Quliyev Rəşad Toğrul oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin küt travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.35045194625854