Həkimlərdən Roma Papasına pəhriz tövsiyəsi

Həkimlər Roma Papası Fransiskə qida qəbulunu azaltmağı və pəhriz saxlamağı tövsiyə edib.

Bu barədə “The Sun” məlumat yayıb.

Mənbə yazır ki, həkimlər papa Fransiskə xüsusən un, makaron və şirniyyat məmulatlarının qəbulunu dayandırmağı məsləhət bilirlər.

Əvəzində Roma Papası daha çox meyvə, tərəvəz və balıq yeməli, bütovlükdə isə qida qəbulu həcmini azaltmalıdır.

Həkimlər qeyd edir ki, nevroloji xəstəlik hesab olunan oturaq sinirin iltihabından əziyyət çəkən 84 yaşlı Roma Papası tövsiyələrə əməl etməsə, gələcəkdə əməliyyat masasına uzana bilər.

0.72263097763062