Türkiyədə daha 129 nəfər koronavirusdan öldü - FOTO

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində daha 129 nəfər ölüb. 

“Haber Global” xəbər verir ki, bununla bağlı “covid19.saglik.gov.tr” saytı məlumat yayıb.  

Bildirilib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 871 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün sağalan xəstələr 7 100, ağır xəstələr isə 1 692 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək 2 470 901 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 355 409 nəfər sağalıb, 25 865 nəfər isə ölüb.

0.33473801612854