Zelenski: “Dövlət üçün COVID-19-a qarşı vaksin gəlir mənbəyi ola bilməz”

Ukraynada koronavirusa qarşı vaksinasiya dövlət büdcəsi hesabına aparılacaq.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama ilə çıxış edib.

“Ukraynada COVID-19 qarşı peyvənd pulsuz olacaq. Özəl xəstəxanalarda vaksinasiyanın nəçəyə başa gələcəyini bilmirəm, amma bu profilaktika əksər ukraynalıların şəxsi büdcəsinə ziyan vura bilər. Dövlət üçün COVID-19-a qarşı vaksin gəlir mənbəyi ola bilməz”, - deyə V.Zelenski qeyd edib.

0.81602597236633