Amerikalı teleaparıcı Larri Kinq 87 yaşında vəfat edib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə jurnalistin rəsmi “Twitter” səhifəsində xəbər verilib.
Kinq Los Ancelesdə xəstəxanaların birində ölüb.
— Larry King (@kingsthings) January 23, 2021
Qeyd edək ki, o, 1985-2010-cu illərdə yayımlanan “Larry King Live” şousu ilə tanınıb. Tanınmış jurnalist siyasətçilər, aktyorlar, idmançılar və digər məşhurlardan ümumilikdə 50 mindən artıq müsahibə götürüb.
Kinq “Emmi”, “Pibodi” mükafatlarının laureatı, həmçinin “Cable ACE”ın onqat mükafatçısı olub.
2017-ci ildə Kinq ağciyər xərçəngi ilə mübarizə apardığını elan edib.
2019-cu ildə ona anqioplastika edildi, cari ilin yanvar ayının əvvəlində isə o, koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirildi.