Bill Qeyts COVID-19 əleyhinə peyvənd vurdurdu - FOTO

“Microsoft” şirkətinin banisi Bill Qeyts koronavirusa qarşı peyvənd vurdurub.

65 yaşlı milyarder və xeyriyyəçi bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

O, birinci dozanı aldığını qeyd edib və COVID-19 peyvəndinin yaradıcılarına təşəkkür edib.

Xatırladaq ki, “Microsoft”un qurucusu öz müsahibələrində dəfələrlə qeyd edib ki, yalnız kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə dünya miqyasında son qoymağa imkan verəcək.

 

0.58813500404358