“Tesla” və “Space X” şirkətlərinin yaradıcısı İlon Maks, karbon qazının tutulması və saxlanması üçün ən yaxşı texnologiyanın yaradıcılarına 100 milyon dollar (170 milyon manat) ödəməyə söz verib.
Lenta.ru-nun məlumatına görə, yarışma barədə müvafiq elanı o, özünün “Twitter” səhifəsində edib.
“Ən yaxşı karbon tutma texnologiyasına görə, 100 milyon dollar mükafat bağışlayacağam”, - deyə o, bildirib.
Am donating $100M towards a prize for best carbon capture technology
— Elon Musk (@elonmusk) January 21, 2021
Mask təklifin detallarını gələn həftə açıqlayacağına da söz verdi.
Qeyd edək ki, “Karbon tutma və saxlama” dedikdə karbon dioksidin (CO2) sənaye və enerji mənbələrindən ayrılması, həmçinin atmosferdən uzun müddət təcrid olunmasını əhatə edən proses nəzərdə tutulur. Bu prosesin məqsədi qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaqdır.